Qazaxıstanda 5,2 bal gücündə zəlzələ baş verib

Qazaxıstanda 5,2 bal gücündə zəlzələ baş verib backend

Qazaxıstanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə iyulun 23-də Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Mərkəzin məlumatına görə, seysmik hadisə Ust-Kamenoqorskdan 81 km cənubda baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

QAZİLER.AZ