Özbəkistanın paytaxtı Daşkəndin Axanqaran rayonunda ikiqat qəza baş verib: əvvəlcə “Gentra” və “Kobalt” markalı avtomobillər toqquşub, daha sonra yük maşını qəza şəraitini sənədləşdirən müfəttişlərin maşınına çırpılıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, iyulun 23-də Daşkənd vilayətinin Axanqaran rayonu ərazisindən keçən A373 Daşkənd-Oş avtomobil yolunun təxminən 39-cu km-də ikiqat yol qəzası baş verib.
Səhər saatlarında 56 və 33 yaşlı sürücülərin idarə etdiyi "Gentra" və "Cobalt" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə “Lasetti” markalı xidməti avtomobillə yol təhlükəsizliyi əməkdaşları gəlib.
Bu zaman “HOWO” markalı yük maşınının 24 yaşlı sürücüsü təcrübəsizliyi və diqqətsizliyi ucbatından avtomobilin kənarına çırpılıb və nəticədə növbəti qəza baş verib. Heç kim xəsarət almayıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
QAZİLER.AZ
