İstanbulda Rusiya tərəfi ilə danışıqlar zamanı Ukrayna nümayəndə heyəti prezident Vladimir Zelenski ilə diktator Vladimir Putin arasında mümkün görüşü müzakirə etməyi planlaşdırır.
Bu barədə RBC-Ukraynanın məlumatlı mənbə məlumat verib.
"Əsas mövzu liderlərin görüşüdür. Nümayəndə heyətimiz ora bunu nəzərə alaraq gəlib", - mənbə bildirib.
Onu da əlavə edək ki, bu gün, iyulun 23-də İstanbulda Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu gözlənilir. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edir.
QAZİLER.AZ