Sırskı Ukraynada ATACMS raketlərinin olması ilə bağlı suala cavab verməyib.
Qaziler.az Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Aleksandr Sirski “The Washington Post” qəzetinə müsahibəsində Ukrayna ordusunun ehtiyatında ATACMS raketlərinin olması ilə bağlı suala cavab verməkdən imtina edib. Bu barədə iyulun 23-də qəzet məlumat yayıb.
“Sırski Ukraynanın hələ də güclü ATACMS raketlərinə malik olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib, baxmayaraq ki, ümumi konsensusla onların ehtiyatları tükənib”, - məqalədə deyilir.
Sirskinin sözlərinə görə, Amerika raketlərinin yeni partiyasının çatdırılması USQ-yə kömək edəcək.
QAZİLER.AZ