Rusiya ordusu Ukraynada daha bir qəsəbəni işğal etdi

Rusiya ordusu Ukraynada daha bir qəsəbəni işğal etdi backend

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinin Varaçino yaşayış məntəqəsini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə bazar günü, iyulun 23-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aktiv əməliyyatlar nəticəsində “Şimal” qoşun qrupunun bölmələri Sumı vilayətinin Varaçino kəndini "azad edib"”, - məlumatda deyilir.

Qeyd olunur ki, "Rusiya hərbçiləri Sumı vilayətinin Yastrebinoye, Xrapovşina, Rıjevka, Xotin və Yunakovka yaşayış məntəqələri ərazilərində, həmçinin Xarkov vilayətinin Velıkıy Burluk və Qarbozı kəndləri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasını məhv ediblər".

QAZİLER.AZ