Kabildə Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Bahodir Qurbanovla Əfqanıstan kəşfiyyatının rəhbəri arasında görüş olub. Tərəflər dövlət sərhədlərinin toxunulmazlığı, narkotiklərin qanunsuz dövriyyəsi və terrorizmlə mübarizə, eləcə də regional sabitlik məsələlərini müzakirə ediblər.
Qaziler.az uznews.uz-a istinadən bildirir ki, Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri general-polkovnik Bahodir Qurbanov Kabildə Əfqanıstan kəşfiyyat xidmətinin rəhbəri Əbdül Haq Vasiq ilə görüş keçirib.
Danışıqlar zamanı regionda sülhün və sabitliyin təmin edilməsi, eləcə də Əfqanıstanın beynəlxalq münasibətlərin tamhüquqlu iştirakçısı kimi inteqrasiyası istiqamətində səylərin davam etdirildiyi vurğulanıb.
Xüsusilə, BMT, ŞƏT və digər mötəbər beynəlxalq forumların iclaslarında Özbəkistan Prezidentinin Əfqanıstan məsələsi ilə bağlı razılaşdırılmış mövqeyinə dair nümunələr səsləndirilib.
Bildirilir ki, danışıqlar Özbəkistan və Əfqanıstan arasında münasibətlərin dostluq və mehriban qonşuluq ruhunda inkişafına yönəlib.
QAZİLER.AZ
