Ukrayna Milli Polisinin “Yarost” Birgə Hücum Briqadasının komandiri Maksım Kazban iyulun 22-də Donetsk vilayətində yol qəzası nəticəsində ölüb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Milli Polisinin rəisi İvan Vıxovskinin paylaşımına istinadən məlumat yayıb.
Milli Polisin rəisi Maksim Kazbanın ailəsinə və yaxınlarına başsağlığı verib. Eyni zamanda Vıxovski Kazbanın ölümü ilə bağlı heç bir təfərrüat verməyib.
QAZİLER.AZ
