Qazaxıstanın paytaxt yanğınsöndürənləri Almatı rayonunda, Askar Tokpanov küçəsində yerləşən üçmərtəbəli binada baş vermiş yanğını söndürürlər.
Qaziler.az bildirir ki, Kazinform agentliyinin müxbiri Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Yanğın yerində yanğınsöndürmə qərargahı yaradılıb. Fasiləsiz su təchizatı təşkil olunub.
Zərərçəkənlər barədə 112-yə məlumat daxil olmayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirildiyinə görə, yanğınsöndürmə briqadaları gələn zaman açıq yanma baş verib.
Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
QAZİLER.AZ