Yunanıstanın Peloponnes yarımadasında baş verən meşə yanğını səbəbindən Kastaniya kəndi boşaldılıb.
Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, Korintias adasının Feneo meşəlik ərazisində yanğın baş verib.
Yanğın sürətlə yayılaraq Kastaniyaya yaxınlaşıb və Mülki Müdafiə Baş Katibliyinin göstərişi ilə kənd boşaldılıb.
Ərazi səlahiyyətlilərindən biri bildirib ki, yanğın məhdud girişi olan meşəlik ərazidə baş verib və yanğınsöndürənlərin səylərini çətinləşdirib.
Havadan və qurudan yanğınsöndürmə işləri davam etsə də, yanğın hələ də nəzarət altına alınmayıb.
QAZİLER.AZ