Polşa Xarici İşlər Nazirliyinin öz həmvətənlərinə Rusiyanı tərk etmək tələbi informasiya manipulyasiyası ola bilər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu fikri iyulun 22-də Dövlət Dumasının deputatı Svetlana Jurova deyib.
RT xəbər verir ki, həmin gün səhər saatlarında Polşa Xarici İşlər Nazirliyi Rusiya Federasiyasında olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
Jurova Polşa Xarici İşlər Nazirliyinin bəyanatını Rusiyada yaşayan həmvətənlərini panikaya salmaq cəhdi ilə əlaqələndirib. Onun fikrincə, bu cür addımlarla Varşava bir daha öz vətəndaşlarına müdafiə xərclərinə haqq qazandırdığını göstərir.
"O, həmçinin etiraf edib ki, Rusiyada yaşayan polyaklara edilən müraciətlər dinc vətəndaşları qorxutmaq məqsədi ilə Rusiya cəmiyyətinə yönələ bilər", - kp.ru saytı xəbər verir. Bu, həm də danışıqların növbəti raundu öncəsi Moskvanı hədələmək cəhdi ola bilər.
QAZİLER.AZ