Latviya Ukraynaya Silahlı Qüvvələr üçün yeni silah partiyasını təhvil verib. Partiyaya xüsusi olaraq Ukrayna ordusu üçün istehsal edilmiş 1300 dron daxildir.
Bu barədə RBC-Ukrayna Latviyanın müdafiə naziri Andris Sprudsun X (Twitter) səhifəsində yazdığı məlumata istinadən xəbər verir.
"Latviyada istehsal olunan növbəti 1300 pilotsuz təyyarə artıq Ukraynaya yollanır. Bu çatdırılmadan sonra bu il ukraynalılara dəyəri 17 milyon avrodan çox olan 12 min pilotsuz uçuş aparatı çatdırılacaq", - nazir məlumatında yazıb.
QAZİLER.AZ

