Qırğızıstanda SİM kartlarla bağlı QADAĞA

Qırğızıstanda SİM kartlarla bağlı  QADAĞA backend

Qırğızıstan prezidenti Sadır Japarov ölkənin cinayət məcəlləsinə sim kartların və maliyyə detallarının üçüncü şəxslərə verilməsinə görə cəzanın tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Economist.kg” portalı məlumat yayıb.

İmzalanan qanunda SİM kartların, mobil bankçılıq üçün loqin və şifrənin, elektron pul kisəsinə, bank kartlarına və virtual aktivlərə girişin satışına və ya qəsdən ötürülməsinə görə məsuliyyət nəzərdə tutan yeni 209-1-ci cinayət maddəsi təsdiq edilib.

Parlament qanun layihəsini hələ iyun ayında qəbul edib. Əsas məqsəd rəqəmsal sahədə cinayətlərin artmasına qarşı mübarizənin aparılmasıdır.

QAZİLER.AZ