RSFSR-in xalq rəssamı Viktor Safronov 94 yaşında vəfat edib.
Bu barədə iyulun 21-də Ulyanovsk vilayəti hökumətinin saytında məlumat verilib.
"Əsərləri ən böyük muzeylərin xəzinələrinə daxil olan və bir çox nəsillər üçün ilham mənbəyi olan Rusiya və dünya incəsənətinin görkəmli ustası, RSFSR Xalq Rəssamı vəfat etdi", - qubernator Aleksey Russkix deyib.
Onun sözlərinə görə, Safronovun rəssamlığın inkişafına böyük töhfəsi olub. Rəssam həm də sənətə sadiq olub.
Safronov 1969-cu ildən Ulyanovskda yaşayıb işləyib, 1971-ci ildə RSFSR Rəssamlar İttifaqının Ulyanovsk təşkilatı idarə heyətinin sədri olur. Rəssam əsərlərini Rusiya, Almaniya, Bolqarıstan, Macarıstan, Kuba, Polşa, Monqolustan, Vyetnam, Çexoslovakiya və digər ölkələrdə keçirilən müxtəlif sərgilərdə nümayiş etdirib. O, əsərlərində Böyük Vətən müharibəsi mövzusunu da əks etdirmişdir.
QAZİLER.AZ