Rusiya Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibində dəyişiklik etməyib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə iyulun 21-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
"Rusiya tərəfində danışıqlar qrupunda heç bir dəyişiklik yoxdur. Bilirsiniz ki, biz üçüncü raundun keçirilməsinin tərəfdarıyıq. Tarixlərlə bağlı anlaşma olan kimi sizə məlumat verəcəyik", - o, brifinq zamanı "İzvestiya"nın sualını cavablandırarkən deyib.
QAZİLER.AZ