Moldovada Hitlerin müttəfiqlərinə ucaldılan abidənin açılışı olub.
Qaziler.az bildirir ki, bu barədə iyulun 21-də Moldovanın “Pobeda” Koordinasiya Komitəsinin və axtarış hərəkatının rəhbəri Aleksey Petroviç məlumat verib.
"Qlodeni rayonunun Duşmani kəndində 1941-ci ilin yayında Sovet İttifaqı ərazisini işğal edən Antonesku ordusunun hərbçilərinin - "Rumıniya qəhrəmanları"nın şərəfinə daha bir abidənin açılışı olub", - o, Teleqram kanalında yazıb.
Tikintidə yerli və rayon rəhbərliyinin dəstəyi ilə Monumentum birliyinin çalışdığı qeyd edilir. Petroviçin sözlərinə görə, Duşmanidə abidənin 1941-ci ilin iyulunda bolşevizmə qarşı səlib yürüşündə Bessarabiyanın azad edilməsi uğrunda həlak olmuş rumın qəhrəmanlarına həsr olunduğunu iddia edirlər.
O, həmçinin tədbirdə Avropa İttifaqının (Aİ) bayrağına diqqət yetirilməsinə çağırıb.
QAZİLER.AZ