Türkiyənin Malatya vilayətinin Darende rayonunda yüngül ticari avtomobillə minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Yenice məhəlləsində Yalçın Özkazanın idarə etdiyi avtomobillə Nizamettin İncənin idarə etdiyi yüngül ticari avtomobil toqquşub.
Ətrafdakıların xəbərlərindən sonra hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürənlər göndərilib.
Qəza zamanı sürücülərlə birlikdə 6 nəfər də xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.
QAZİLER.AZ