İran hökumətinin İnformasiya Şurasının katibi Məhəmməd Qolzari televiziya proqramında çıxışı zamanı bildirib ki, iyunun 15-də İran rəsmilərinin iştirakı ilə keçirilən toplantıya hücum edilib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Onun sözlərinə görə, hücum zamanı İran Prezidenti Məsud Pezeşkian az da olsa yaralanıb.
Qolzari hücumun İsrailin 12 günlük müharibəsi zamanı, Milli Təhlükəsizlik üzrə Ali Şuranın iclası vaxtı baş verdiyini qeyd edib.
Daha əvvəl mətbuatda İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulam Hüseyn Mohseni Ejeinin iştirak etdiyi toplantıya hücum edildiyinə dair məlumatlar yayılıb.