Luqanskda ukraynalı qadın "casusluq ittihamı" ilə 15 il müddətinə azadlıqdan məhrum edilib

Luqanskda ukraynalı qadın "casusluq ittihamı" ilə 15 il müddətinə azadlıqdan məhrum edilib backend

Rusiyanın işğalı altında olan Ukraynanın Luqansk vilayətində Ali Məhkəmə Ukrayna vətəndaşı İrina Korolevanı casusluqda təqsirli bilib. O, ümumi rejimli cəzaçəkmə müəssisəsində 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 18-də vilayət prokurorluğu öz Telegram kanalında məlumat verib.

"Məhkəmə müəyyən edib ki, Koroleva 2022-ci ilin sentyabrından 2023-cü ilin martına qədər LPR-nin Antrasit rayonunda rus hərbçilərinin yerləşdiyi yerlər barədə məlumat toplayıb və məlumatları Ukrayna xüsusi xidmət orqanlarına ötürüb", - məlumatda deyilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı ("Casusluq") maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qadını təqsirli bildiyi vurğulanır.

QAZİLER.AZ