Batumidə Türkiyə vətəndaşı olduğu ehtimal edilən kişi öldürülüb

Batumidə Türkiyə vətəndaşı olduğu ehtimal edilən kişi öldürülüb backend

Gürcüstanın Batumi şəhərində restoranların birində şəxsiyyəti tam müəyyənləşdirilməyən şəxs silahla qətlə yetirilib. 

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, öldürülən şəxs, ehtimal ki, Türkiyə vətəndaşıdır. Şahidlərin sözlərinə görə, həmin şəxsin kürəyindən bir neçə dəfə atəş açılıb.

Hadisə şahidlərinin sözlərinə görə, Batumidə kişinin öldürüldüyü restoranda bir neçə güllə səsi eşidilib.

Öldürülən şəxsin Türkiyə vətəndaşı olduğu ehtimal edilir. Hadisə yerində olan insanların verdiyi məlumata görə, kişi kürəyindən 5 güllə yarası alıb. Atışma zamanı restoranın şüşələri sındırılıb.

Hazırda hadisə yerində kriminal ekspertlər işləyir. Ərazi sarı lentlə əhatə olunub.

QAZİLER.AZ