Nijni Novqorod vilayətində UAZ markalı avtomobilin Pyana çayına düşməsi nəticəsində 4 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə iyulun 18-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Hadisə iyulun 17-də axşam saatlarında Pilna kəndi yaxınlığında baş verib. Avtomobil kənd yolundan çaya düşüb.
"İki kişi və iki qadın ölüb. 1991-ci il təvəllüdlü daha bir kişi xəsarət alıb.
Dalğıclar ölənlərin meyitlərini çaydan çıxarıblar", - mənbə bildirib.
QAZİLER.AZ