Çanaqqalada meşə yanğını nəzarət altına alınıb

Çanaqqalada meşə yanğını nəzarət altına alınıb backend

Türkiyənin Çanaqqala rayonunun Ezine rayonunda baş verən meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, rayona bağlı Çarıksız kəndində meşəlik ərazidə hələ məlum olmayan səbəbdən yanğın baş verib.

Əraziyə Çanaqqala Meşə Region Müdirliyi və Ezine Meşə Əməliyyat Müdirliyinin qrupları göndərilib.

Çoxlu sayda qruplar, təyyarə və helikopterlərin, eləcə də ətraf rayon bələdiyyələrinin yanğınsöndürmə bölmələrinin dəstəyi ilə yanğın nəzarət altına alınıb.

Ərazidə soyutma işlərinə başlanılıb.

QAZİLER.AZ