Polşa XİN vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib

Polşa XİN vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib backend

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb.

Qaziler.az bildirir ki, müvafiq mesaj iyulun 18-də idarənin X sosial şəbəkəsində (keçmiş Twitter) rəsmi hesabında dərc olunub.

Xarici İşlər Nazirliyinin izah etdiyi kimi, tövsiyəyə səbəb Ukraynadakı münaqişə fonunda Polşanı Rusiya tərəfindən dost olmayan dövlət kimi tanıması olub.

"Rusiyadakı Polşa konsulluq işçilərinin sayının azalması ilə əlaqədar olaraq, Polşa vətəndaşlarına yardım göstərmək imkanları məhduddur", - XİN əlavə edib.

QAZİLER.AZ