KİV: Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski axtarışa verilib

KİV: Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski axtarışa verilib backend

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində federal axtarış elan edilib.

Apa-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Şahin Şıxlinskinin axtarışa verilməsi ilə bağlı rəsmi məlumat yoxdur.