“The İmam”, “Sevgi Yunus Emrenin səyahəti”, “Konstantinin şifreleri”, “Dur yolçu”, “Aşkımızda ölüm var”, “Çarli iş başında” kimi seriallarda rol alan Mehmet Ali Tuncer 57 yaşında dünyasını dəyişib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mehmet Ali Tuncerin ürəyində problem olduğu və bir müddətdir müalicə aldığı öyrənilib. Tuncerin infarkt keçirdiyi bildirilir.
İbtidai məktəb illərindən teatrla məşğul olan aktyor Tuncer 1968-ci ildə İstanbulda anadan olub. Teatr karyerasına 1985-ci ildə Ülvi Alacakaptan, Hasan Nail Canat, Hüseyn Qoncagül, İbrahim Sadri ilə başlayıb.
Tuncer TRT 1-də yayımlanan “Aşkın Yolculuğu Yunus Emre” serialında Boluluzadə Əli Tayqu obrazını canlandırıb. O, "Deli yürek" və "Böylemi olacaktı" seriallarında da çəkilib.
Ənənəvi türk teatrını da sevən Tuncer "Sanat Manat'a Karşı" və "Əfəndi Hayrettin Süperstar" tamaşalarında çıxış edib.
QAZİLER.AZ