Telegram Rusiyada nümayəndəlik açmağı planlaşdırır

Telegram Rusiyada nümayəndəlik açmağı planlaşdırır backend

Telegram messencerinin Rusiyada nümayəndəliyi açılacaq. Müvafiq giriş "Roskomnadzor" reyestrində görünüb.

Qaziler.az bildirir ki, agentliyin məlumatına görə, messencer filial yaratmaq, nümayəndəlik açmaq və ya Rusiya hüquqi şəxsi yaratmaq barədə düşünür. Şirkət özü Britaniyanın Virgin adalarında qeydiyyatdan keçib.

Hazırda proses təsdiq mərhələsindədir. Qərarın verilmə vaxtı barədə məlumat verilmir. Eyni zamanda, şirkət agentliyin saytında şəxsi kabinetin açılması, habelə rusiyalı istifadəçilərin əlaqə saxlaması üçün öz resurslarında elektron forma tələblərini artıq yerinə yetirib.

QAZİLER.AZ