Ukrayna Ali Radası keçmiş Baş nazir Denis Şmıqalı müdafiə naziri təyin edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
D.Şmıqalın Prezident Volodimir Zelenski tərəfindən irəli sürülən namizədliyinin lehinə 267 xalq deputatı səs verib.
Dünən V.Zelenski bütün lazımi sənədləri parlamentə göndərib və qeyd edib ki, D.Şmıqalın müdafiə naziri olmasını istəyir, çünki o, müdafiə sahəsində faydalı olacaq böyük təcrübəyə malikdir.
Prezident Müdafiə Nazirliyinin yeni rəhbərinin qarşısında duran prioritet vəzifələrdən birinin silah istehsalında ölkənin payının artırılması olduğunu deyib.
V.Zelenskinin sözlərinə görə, cəbhədə istifadə olunan silahların təxminən 40 %-i Ukrayna istehsalıdır və bu rəqəm yeni hökumətin fəaliyyətinin altı ayı ərzində 50 %-ə çatdırılmalıdır.