Türkiyədə tanınmış jurnalist və teleaparıcı Fatih Altaylıya qarşı ittiham aktı yekunlaşıb.
Türkiyə prokurorluğu Fatih Altaylının "YouTube" kanalında söylədiyi fikirlərə görə "Prezidenti hədələmək" ittihamı ilə beş ildən az olmayaraq həbsini tələb edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CNN Türk" məlumat verib.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu 2025-ci il iyunun 20-də sosial media kanalında yayımladığı verilişində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli ifadələr səsləndirdiyi iddiası ilə Fatih Altaylı haqqında istintaqa başlayıb. İstintaq çərçivəsində Altaylı iyunun 21-i saxlanılıb.
Qeyd edək ki, 62 yaşlı Fatih Altaylı əvvəllər Türkiyənin ən məşhur KİV-lərində, o cümlədən "Cümhuriyet" və "Hürriyet" qəzetlərində, "Kanal D", "Show TV", "ATV" kimi telekanallarında çalışıb. Son illərdə o, "YouTube"da müəllif verilişləri aparır.