Türkiyənin Mersin bölgəsinin Tarsus rayonunda iyulun 13-də baş verən meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan şübhəli həbs edilib.
Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, valilikdən verilən məlumata görə, jandarm qrupları iyulun 13-də Tarsus mahalı meşəsində müxtəlif yerlərdə baş verən və yanğınsöndürmə qruplarının müdaxiləsi ilə eyni gün nəzarət altına alınan yanğınla bağlı geniş araşdırma aparıb.
Qruplar yanğınları törətməkdə şübhəli bilinən şəxsi gözaltına alıb.
Əməliyyatın ardından şübhəli həbs edilib.
QAZİLER.AZ