Rusiyanın Kemerovo vilayətində su anbarının yaxınlığında sahilə ildırım düşməsi nəticəsində balıqçı ölüb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 16-da “İzvestiya”nın mənbəsi məlumat verib.
Mənbənin sözlərinə görə, Berezovaya Qriva kəndində üç nəfər pullu göldə balıq tuturmuş. Su anbarının yaxınlığında sahilə ildırım düşüb.
Bu hadisə nəticəsində 1987-ci il təvəllüdlü kişi dünyasını dəyişib. Bundan əlavə, daha iki balıqçıya tibbi yardım göstərilib.
QAZİLER.AZ