NATO Ukraynaya dəstək vermək üçün "Patriot" sistemlərinə sahib olan ölkələri bir araya toplamağı planlaşdırır. Görüşün gələn həftə keçirilməsi planlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Reuters”in jurnalisti Klauda Taniosun X sosial şəbəkəsindəki açıqlamasına istinadən xəbər verir.
Müttəfiq ölkələr Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün mühüm görüşə hazırlaşır.
Danışıqların gedişatından xəbərdar olan mənbə "Reuters" agentliyinə bildirib ki, "Patriot" sistemlərinə sahib olan ölkələr və Ukraynanın əsas donorlarının görüşü gələn həftənin çərşənbə günü baş tuta bilər.
QAZİLER.AZ