Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Novoxatskoye qəsəbəsini işğal edib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 16-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Uğurlu hücum hərəkətləri nəticəsində “Vostok” qruplaşmasının bölmələri "Donetsk Xalq Respublikası"nın Novoxatskoye qəsəbəsini "azad edib"”, - məlumatda deyilir.

Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin (SQ) üç mexanikləşdirilmiş briqadasının və dəniz piyada briqadasının canlı qüvvəsi və texnikasına hücum etdiyi dəqiqləşdirilir. Nəticədə 200 hərbçi həlak olub, bir zirehli texnika, doqquz avtomobil, bir səhra artilleriya silahı, bir elektron döyüş stansiyası məhv edilib.

QAZİLER.AZ