Rusiya Kramatorskda uşaq bağçası və çoxmərtəbəli binanı dronlarla vurdu

Rusiya Kramatorskda uşaq bağçası və çoxmərtəbəli binanı dronlarla vurdu backend

İyulun 16-na keçən gecə Donetsk vilayətinin Kramatorsk şəhəri Rusiya pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Zərbə nəticəsində uşaq bağçası və yaşayış binalarına ziyan dəyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenkoya istinadən məlumat yayıb.

“Rusiya qoşunları 6 “Geran-2” PUA-dan istifadə edərək şəhərin yaşayış massivinə və sənaye zonasına zərbələr endirib”, - hərbi administrasiya rəhbərinin məlumatında deyilir.

Onun sözlərinə görə, hücum nəticəsində bir neçə yaşayış binasına, uşaq bağçasına, yol infrastrukturuna, özəl müəssisənin biznes obyektlərinə və anbarlara ziyan dəyib.

İlkin məlumata görə, mülki əhali arasında itki yoxdur.

Hadisə yerində müvafiq xidmətlər işləyir.

QAZİLER.AZ