Ali Radanın komitəsi Şmıqalın istefasını təsdiqlədi

Ali Radanın komitəsi  Şmıqalın istefasını təsdiqlədi backend

Ukrayna Ali Radasının dövlət quruculuğu, regional siyasət və yerli özünüidarəetmə komitəsi baş nazir Denis Şmıxalın istefasını təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xalq deputatı Yaroslav Jeleznyakın Telegram kanalına istinadən məlumat yayıb.

“Dövlət quruculuğu komitəsi baş nazir Denis Şmıxalın istefasını təsdiqləyib”, - deyə xalq deputatı qeyd edib.

O, həmçinin əlavə edib ki, Ali Radada Şmıxalın istefası üçün səsvermə də bu günə, iyulun 16-na təyin edilib.

QAZİLER.AZ