Ukrayna Ali Radasının dövlət quruculuğu, regional siyasət və yerli özünüidarəetmə komitəsi baş nazir Denis Şmıxalın istefasını təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xalq deputatı Yaroslav Jeleznyakın Telegram kanalına istinadən məlumat yayıb.
“Dövlət quruculuğu komitəsi baş nazir Denis Şmıxalın istefasını təsdiqləyib”, - deyə xalq deputatı qeyd edib.
O, həmçinin əlavə edib ki, Ali Radada Şmıxalın istefası üçün səsvermə də bu günə, iyulun 16-na təyin edilib.
QAZİLER.AZ