Ankaranın Keçiören rayonunda bələdiyyə avtobusunun iştirakı ilə baş verən zəncirvari yol qəzasında ilkin məlumata görə, 20 nəfər xəsarət alıb.
Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, Ankarada Gülhanə Təhsil və Araşdırma Xəstəxanası yaxınlığında hərəkət edən EGO avtobusu hələ məlum olmayan səbəbdən qarşısındakı yüngül ticari avtomobilə çırpılıb.
Nəzarətdən çıxan yüngül ticarət avtomobili qarşısındakı iki avtomobilə çırpılıb. EGO markalı avtobus yoldan çıxaraq yerüstü keçidin beton maneəsinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Hadisə yerinə göndərilən təcili yardım maşınları yaralıları müalicə üçün xəstəxanalara çatdırıb.
QAZİLER.AZ

