Tekirdağın Şarköy rayonunda əkinçilik sahəsində başlayan və meşəyə sıçrayan yanğına müdaxilə edilir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İstiklal məhəlləsinin Kaytan səmtində başlayan küləş yanğını küləyin təsiri ilə sürətlə yayılaraq meşəlik əraziyə keçib.
Sakinlərdən gələn xəbərlərdən sonra əraziyə Meşə İdarəsi, yanğınsöndürmə bölməsi və jandarma qrupları göndərilib.
Yanğına iki təyyarə və dörd helikopter, həmçinin su daşıyan maşınlar və ağır texnikalar müdaxilə edir.
Alov Şenköy Məhəlləsində bəzi evlərə keçib, bu məhəllədəki yaşayış məntəqələri boşaldılıb.
Vətəndaşlar mal-qaralarını yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar.
Yanğının yayıldığı Kocaali Məhəlləsində bir ev və tövlə yanıb. Ərazidə yaşayan sakinlər təxliyə edilib.
Yanğının söndürülməsinə 2 təyyarə və 4 helikopter, 30 su maşını, 30 yanğınsöndürən maşını, ağır texnika və çoxlu sayda jandarma qüvvələri cəlb olunub.
QAZİLER.AZ