Xantı-Mansiyski özbəklərin vətəni adlandıran deputat Tağızadə mandatdan imtina edib

Xantı-Mansiyski özbəklərin vətəni adlandıran deputat Tağızadə mandatdan imtina edib backend

Bölgəni miqrantların tarixi vətəni adlandıran Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı Xalid Tağızadə könüllü olaraq deputat mandatından imtina edib.

Qaziler.az-ın məlumatına görə, URA.RU Yuqranın siyasi dairələrindəki mənbələrə istinadən xəbər verir. O, iyulun 21-dən səlahiyyətlərinin götürülməsini istəyib.

"Tağızadə iyulun 21-dən istefa ərizəsi yazıb. Dairə Duması yaxın vaxtlarda buna qiyabi baxıb qərarını dərc etməlidir", - mənbə bildirib.

Hələlik Tağızadənin özü təfərrüatlı şərhlərdən yayınıb. Buna baxmayaraq, o, İnstaqram səhifəsində  Valeri Kipelovun "Mən azadam" mahnısı ilə paylaşım edib və bir çoxları istefasının qeyri-rəsmi təsdiqi kimi qiymətləndirdi.

2025-ci ilin mayında deputat regional parlamentin iclasında bildirib ki, Özbəkistandan olan miqrantlar “Yuqraya öz tarixi vətənlərinə gedirlər”.

Eyni zamanda, Tağızadə Xalid Böyükağa oğlu əlavə edib ki, vaxtilə Xantı-Mansiysk Muxtar Dairəsi və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və Kuçum xan onu idarə edib.

QAZİLER.AZ