Moskvanın Profsoyuznaya küçəsində iki elektrik avtobusunun iştirakı ilə qəza baş verib, nəticədə 11 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.
"Bu gün Profsoyuznaya küçəsində iki elektrik avtobusunun iştirakı ilə qəza baş verib", - idarənin rəsmi Telegram kanalında deyilir.
Onlar əlavə ediblər ki, yaralananlar arasında iki uşaq da var. Profsoyuznayada baş verən qəzadan sonra vəziyyəti orta ağır olan üç yaşlı uşaq təcili olaraq xəstəxanaya aparılıb. Həyati təhlükəsi yoxdur, vəziyyəti stabildir, həkimlər köməklik göstərirlər.
Qəza avtobus dayanacağında avtobuslardan birinin digəri ilə toqquşaraq səkiyə çıxıb işıq dirəyinə çırpılması nəticəsində baş verib.
Xəsarət alanların vəziyyəti orta-ağırdır, həyati təhlükəsi yoxdur.
Hadisə yerində 9 təcili yardım briqadası işləyir.
QAZİLER.AZ