Gürcüstandan 26 əcnəbi deportasiya edilib

Gürcüstandan 26 əcnəbi deportasiya edilib backend

Son günlər həyata keçirilən kompleks tədbirlər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq idarələri ilə sıx əməkdaşlıq şəraitində 26 əcnəbi vətəndaş Gürcüstandan deportasiya edilib.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat verib.

Gürcüstandan aşağıdakı ölkələrin vətəndaşları deportasiya edilib: Hindistan, Qırğızıstan, İran, Rusiya, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan, Banqladeş, İraq - ümumilikdə 26 nəfər. Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşların müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasıdır.

QAZİLER.AZ