Türkiyənin 3 bögəsində meşə yanğınları baş verib

Türkiyənin 3 bögəsində meşə yanğınları baş verib backend

Türkiyənin Manisa, Tekirdağ və Çanaqqala bölgəsində meşə yanğınları ilə havadan və qurudan mübarizə aparılır.

Çanaqqalanın Ayvacık rayonunda meşə yanğını həm havadan, həm də qurudan söndürülür.

Ayvacıkın Naldöken kəndində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Küləyin gücləndirdiyi yanğını söndürmək üçün meşə təsərrüfatı qrupları işlərini davam etdirir.

Tekirdağ
Tekirdağın Şarköy rayonunda əkinçilik sahəsində başlayan və meşəyə sıçrayan yanğınla mübarizə aparılır.

İstiklal məhəlləsinin Kaytan səmtində başlayan küləş yanğını külək səbəbindən sürətlə yayılaraq meşəyə keçib.

Sakinlərdən gələn xəbərlərdən sonra əraziyə Meşə İdarəsi, yanğınsöndürmə bölməsi və jandarma qrupları göndərilib.

İki təyyarə və dörd helikopter, su maşınları və ağır texnika yanğına müdaxilə edir.

Bu arada alov Şenköy məhəlləsində bəzi evlərə sıçrayıb. Şenköy məhəlləsindəki yaşayış məntəqələri boşaldılıb.

Sakinlər  mal-qaralarını yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar.

Şarköy Baş məmuru Əhməd Naci Helvacı və Şarköy Bələdiyyə Başçısı Alpay Var bölgəyə gələrək əməliyyatları izləyiblər.

 

Manisa
Saruhanlının Seyitoba məhəlləsində davam edən meşə yanğınına 5 təyyarə, 13 helikopter, 32 su maşını, iki yanğınsöndürmə qrupu, 15 su tankeri və 7 ağır texnika müdaxilə edir.

Yanğının yayılmasının qarşısını almaq üçün ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, tibb qrupları hazır vəziyyətdədir.

QAZİLER.AZ