Tbilisi dəmir yolu stansiyasının yaxınlığında beşmərtəbəli yaşayış binası uçub.
Qaziler.az xəbər verir ki, bu barədə “İnterfaks” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin polis departamentinin direktoru Vaja Siradze jurnalistlərə bildirib ki, hazırda xilasetmə işləri və sakinlərin təxliyyəsi davam etdirilir. Onun sözlərinə görə, zərərçəkənlərlə bağlı məlumat yaxın vaxtlarda daxil olacaq.
QAZİLER.AZ