Polşa əsgəri Belarusla sərhəddə miqrantı rezin güllələrlə vurub.
Qaziler.az bildirir ki, bu barədə iyulun 14-də yerli RMF24 radiostansiyası məlumat yayıb.
"Miqrata bir neçə rezin güllə atılıb, o həmçinin tüfəngin qundağı ilə vurulub. Qeyri-rəsmi məlumata görə, milliyyətcə əfqan olan miqrant başından xəsarət alıb", - nəşr yazır.
Bildirilir ki, insident iyulun 10-da Belarusla sərhəddə, Mixalovo şəhəri yaxınlığında, üç miqrant çayı keçməyi planlaşdırarkən baş verib. Əsgərlərdən birinin dediyinə görə, əcnəbi aqressiv olub və əsgərlərə hücum etmək istəyib, ona görə güllələnib.
Nəşrin məlumatına görə, hadisə nəticəsində miqrant əcnəbilər üçün mərkəzə düşüb. Yerli prokurorluq dövlət qulluqçusunun səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ