Rusiya Silahlı Qüvvələri (RF) Ukraynanın Zaporojye vilayətinin Malinovka və Donetskin Mayak qəsəbələrini işğal edib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 14-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“"Mərkəz" qüvvələrin qrupunun bölmələri düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləməyə davam edərək "Donetsk Xalq Respublikası"nın Myak qəsəbəsini "azad edib". "Şərq" qüvvələri qrupunun bölmələrinin fəal və qətiyyətli hərəkətləri nəticəsində Zaporojya vilayətinin Malinovka qəsəbəsi azad edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, "Şərq" qüvvələri qrupunun döyüşçüləri DXR-in Poltavka, Novopol, Temirovka, Tolstoy yaşayış məntəqələri və Zaporojye vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasına itkilər veriblər. Ukrayna hərbçilərinin bir gündə bu istiqamətdə itkiləri 185 nəfər, dörd zirehli texnika, iki səhra artilleriya silahı və bir "Verba" reaktiv yaylım atəş sistemi vasitəsi təşkil edib.
QAZİLER.AZ