Leninqrad vilayətinin Murino şəhərində özlərini polis işçisi kimi təqdim edən naməlum şəxslər bir nəfəri qaçırıblar.
Qaziler.az bildirir ki, bu barədə iyulun 14-də “78” telekanalı məlumat yayıb.
Hadisənin Murino şəhərinin Şekspir küçəsində, qara rəngli “Mercedes” markalı avtomobilin iki nəfərə yaxınlaşdığı və oradan naməlum şəxslərin çıxdığı zaman baş verdiyi bildirilir. Onlar özlərini cinayət-axtarış işçisi kimi təqdim edərək, həmin şəxsi əlindən yaralayaraq oradan çıxarıb, daha sonra aparıblar.
Qeyd olunur ki, avtomobil daha sonra Korabselk kəndində tapılıb, lakin şübhəliləri saxlamaq mümkün olmayıb - onlar həbsə cəhd zamanı qaçıblar.
Telekanalın məlumatına görə, qaçırılan şəxsin sevgilisi də yoxa çıxıb. Şübhəlilər axtarılır. Hadisə ilə cinayət işi açılıb.
QAZİLER.AZ