Qazaxıstanlı idmançı İssık-Kulda boğulub

Qazaxıstanlı idmançı İssık-Kulda boğulub backend

İdman departamenti İbrahim İrismatovun öz təşəbbüsü ilə Qırğızıstanda olduğunu və yığmanın təlim-məşq toplanışında iştirak etmədiyini vurğulayır,

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyinin müxbiri xəbər verir.

Sosial şəbəkələrdə Qırğızıstanda baş vermiş faciə ilə bağlı məlumat yayılıb. Çimkəndli 21 yaşlı boksçu İbrahim İrismatov İssık-Kulda boğularaq ölüb.

Bildirilib ki, həmin vaxt yaxınlıqda 22 yaşadək boksçulardan ibarət Qazaxıstan yığmasının təlim-məşq toplanışı gedib. Bu, insidentlə təlim-məşq toplanışı arasında mümkün əlaqə ilə bağlı suallar yaradıb.

Çimkənd İdman İdarəsinin məlumatına görə, İbrahim İrismatov həqiqətən də şəhər Peşəkar Boks Klubunun (idman-sağlamlıq kompleksi) idmançısı olub. Lakin onun İssık-Kuldakı rəsmi təlimlərlə heç bir əlaqəsi olmayıb.

"Gənc Qırğızıstana öz vəsaiti hesabına, sırf istirahət məqsədi ilə gəlib və başqa bazada yaşayırdı", — idarədən aydınlıq gətirilib.

Qazaxıstan Boks Federasiyası təsdiqləyib ki, faciə baş verən zaman milli komanda planlı təlim-məşq toplanışında olub və İrismatov iştirakçılar arasında yer almayıb. Federasiyadan bildirilib ki, faciəvi hadisə komandanın hazırlığı ilə bağlı deyil.

QAZİLER.AZ