Belarus helikopteri Ukraynaya uçan Rusiya dronunu vurub

Belarus helikopteri Ukraynaya uçan Rusiya dronunu vurub backend

Belarus helikopteri Ukraynaya doğru hərəkət edən Rusiyaya məxsus pilotsuz uçuş aparatını məhv edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraynaya mənbələrdən məlumat verilib.

İyulun 12-də Belarus hava hücumundan müdafiə qüvvələri Ukraynaya uçan Rusiyaya məxsus hücum pilotsuz təyyarəsini məhv edib.

Məlumata görə, “Gerbera” tipli hücum pilotsuz təyyarəsi Belarusun hava məkanının monitorinqi tapşırığını yerinə yetirən Mi-24 helikopteri tərəfindən aşkar edilib.

Ukrayna kəşfiyyatındakı mənbələrə görə, həmin an Belarusun hava məkanında ən azı üç Rusiya pilotsuz təyyarəsi olub.

Belarus fövqəladə vəziyyət qüvvələrinə məxsus helikopter hava məkanının monitorinqi zamanı hücum pilotsuz təyyarəsinin aşkar edilərək məhv edildiyini bildirib.

Bildirilir ki, vurulan PUA-nın qalıqları Qomel vilayəti ərazisinə düşüb.

QAZİLER.AZ