Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son iki həftədə Jandarma Baş Komandanlığının 20 vilayətdə FETÖ-yə qarşı keçirdiyi əməliyyatlarda 50 şübhəlinin tutulduğunu, onlardan 33-nün həbs edildiyini açıqlayıb.
Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, nazir Yerlikaya Ankara, Bursa və İzmir də daxil olmaqla 20 vilayətdə FETÖ-nü hədəf alan əməliyyatlarda 50 şübhəlinin tutulduğunu sosial şəbəkədə paylaşıb.
Yerlikaya qeyd edib ki, şübhəlilərdən 33-ü həbs edilib, 5-i barəsində isə məhkəmə nəzarəti qərarı verilib. O əlavə edib ki, qalan şübhəlilər barəsində məhkəmə prosesi davam edir.
Nazir Yerlikaya 2025-ci ilin əvvəlindən FETÖ-yə qarşı əməliyyatlarda ümumilikdə 910 nəfərin həbs olunduğunu, 1006 nəfər haqqında isə məhkəmə nəzarəti əmri verildiyini açıqlayıb.
QAZİLER.AZ