Kremlin əvvəlcə həbsdə saxladığı, sonra xaricə deportasiya etdiyi siyasi məhbus Andriy Kolomiets Rusiyadan Ukraynaya qayıdıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tıxinin brifinqdə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
"Çoxlarınız ukraynalı siyasi məhbus Andrey Kolomiyetsin taleyi ilə bağlı sual verdiniz. Bu məlumatın kontekstində olmayanların nəzərinə çatdırım ki, ötən gün, iyulun 7-də Rusiya Ukrayna vətəndaşı Andrey Kolomiyetsi Gürcüstanın "Daryalı" məntəqəsinə deportasiya edib. O, siyasi məhbusdur, Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə o hələ 2018-ci ildən siyasi məhbus kimi tanınıb", -. Tıxi deyib.
O, həmçinin vurğulayıb ki, Kolomiets Avromaydan etirazlarında iştirak edən Ukrayna vətəndaşıdır. 2015-ci il mayın 15-də Krımda siyasiləşdirilmiş saxta ittihamlarla saxlanılıb və Simferopol şəhərinin qondarma “Kiyev Məhkəməsi” tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.
QAZİLER.AZ