Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır

Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır backend

Rusiya hakimiyyəti Polşanın Kalininqraddakı konsulluğunu bağlayır. Diplomatik nümayəndəlik bu il avqustun 29-da fəaliyyətini dayandıracaq.

Qaziler.az bildirir ki, bu barədə Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Departament aydınlaşdırıb ki, bu qərar Varşavanın düşmənçilik hərəkətlərinə cavab olaraq verilib.

İyunun 27-də Krakovda Rusiyanın baş konsulluğu bağlanıb. Diplomatik nümayəndəliyin binası Avropa ölkəsinin Xarici İşlər Nazirliyinin qərarı ilə Polşa Dövlət Dəmir Yolları Təşkilatına verilib. Moskva vaxtı ilə saat 13:00-da konsulluqda Rusiya himni səsləndirilib, sonra binadan bayraq götürülüb və Rusiya Federasiyasının gerbi sökülüb.

QAZİLER.AZ