İranın şimalındakı hava limanı xarici reyslərə açılıb

İranın şimalındakı hava limanı xarici reyslərə açılıb backend

İranın şimalındakı Gilan əyalətindəki hava limanının təxminən bir aydan sonra yenidən xarici reyslər üçün açıldığı bildirilir.

Gilan Hava Limanının baş direktoru Möhsün Mir Hüseyni Gilan Sərdar Cənqal Hava Limanının beynəlxalq uçuşları yerinə yetirmək üçün lazımi infrastruktur və standartlara malik olduğunu və ilk reysin dünən Bağdada yola düşdüyünü açıqlayıb.

Hüseyni: "Gilan hava limanında beynəlxalq uçuşlar  müharibədən sonra yenidən normallaşdı", - dedi.

İran rəsmisi onu da bildirib ki, Gilandan Rusiyanın Həştərxan şəhərinə yaxın vaxtlarda müntəzəm reyslər açılacaq.

QAZİLER.AZ